BAKI, 14 yanvar. TELEQRAF
ABŞ İrana zərbə endirilməsi halında mümkün hədəflərlə bağlı Avropadakı müttəfiqlərindən kəşfiyyat məlumatları istəyib.
Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.
Avropalı rəsmilər nəşrə deyiblər ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası yanvarın 12-də onlardan İran ərazisindəki mümkün hədəflər barədə kəşfiyyat məlumatlarını bölüşməyi istəyib. Hazırda nüvə obyektlərinə də zərbələrin endirilib-endirilməyəcəyinə dair heç bir əlamət yoxdur.
Bundan əvvəl Ağ Evdə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib, iclasda İranla bağlı vəziyyətdə mümkün fəaliyyət variantları hazırlanıb.