BAKI, 13 yanvar. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona qarşı səsləndirdiyi sözlər səbəbindən İstanbul bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğluya qarşı qaldırdığı mənəvi zərər iddiasında məhkəmə sonuncunun 150 min lirə təzminat ödəməsinə qərar verib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Prezident Ərdoğanın vəkili Ahmet Özəl tərəfindən İstanbul Mülki Məhkəməsinə təqdim edilən iddia ərizəsində qeyd olunub ki, həbsindən sonra Əkrəm İmamoğlu 2025-ci il martın 20-də sosial media hesabında Türkiyə liderinin şəxsi və peşəkar həyatı ilə bağlı təhqiramiz ifadələr işlədib.

Ərizədə vurğulanıb ki, baş vermiş qanunsuz hərəkət səbəbindən iddianın qəbul edilməsi və 250 min lirə mənəvi təzminatın hadisə tarixindən etibarən qanuni faizi ilə birlikdə ödənilməsinə qərar verilməsi tələb olunub.