BAKI, 12 yanvar. TELEQRAF
“ABŞ ayətullahların terrorçu rejimi tərəfindən tapdalanmış hüquq və insan ləyaqətlərini bərpa etmək və ölkələrini geri almaq uğrunda cəsarətlə mübarizə aparan İran xalqının yanında qətiyyətlə dayanır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının üzvü Elis Stefanik İranda davam edən ümumxalq etirazları barədə deyib.
“ABŞ terrorçu rejim tərəfindən İran xalqının qətlə yetirilməsini cavabsız qoymamalıdır. Bu, dünya tarixinin istiqamətini dəyişmək üçün tarixi bir məqamdır ki, uzun müddətdir təxirə salınmış sülh bu iş üçün uyğun olan prezidentlə gerçəkləşsin”, - senator bildirib.