BAKI, 5 yanvar. TELEQRAF

İsrail ordusunda İranın bəzi tərəflərlə koordinasiyalı şəkildə Suriya Prezidenti Əhməd Şaraaya qarşı sui-qəsd hazırladığı barədə məlumat var.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin “Walla” saytı təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, kəşfiyyat məlumatları Şaraanın həyatı və administrasiyasına real təhdidlərin mövcud olduğunu göstərir.

Sayt qeyd edir ki, bu, İsrail müdafiə naziri İsrael Katsın sədrliyi ilə təhlükəsizlik qurumlarının yüksək vəzifəli rəsmilərinin yaxın vaxtlarda keçirilmiş qapalı müzakirələrində təqdim olunub.