BAKI, 1 dekabr. TELEQRAF

ABŞ yaxın gələcəkdə İsrailin İrana genişmiqyaslı hücumuna “yaşıl işıq” yandırmayacaq, çünki belə bir addım Vaşinqtonun Qəzza zolağının yenidən qurulması planını təhlükə altına qoya bilər.

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının yüksək vəzifəli rəsmisi İsrailin “Ynet” saytına deyib.

“Ancaq məndən İsrailin qarşıdakı 12 ay ərzində hərbi əməliyyat keçirəcəyini düşünüb-düşünmədiyimi soruşsanız, şəxsən bu ehtimaldan narahatam”, - o bildirib.

Avropa İttifaqı rəsmisi əlavə edib ki, beynəlxalq ictimaiyyət İranın Ali dini rəhbəri Əli Xameneinin bundan əvvəlki toqquşmalardan düzgün nəticə çıxarmamasından narahatdır. Mənbə İran liderinin İsrail və ABŞ-yə yönədlik təhdidedici bəyanatlarına diqqət çəkib.