BAKI, 11 oktyabr. TELEQRAF
Atəşkəs elan edildikdən sonra Qəzza zolağının şimal bölgəsinə təqribən 200 min nəfər geri dönüb.
Teleqraf xəbər verir ki, bu barədə Qəzzada HƏMAS-ın nəzarətində olan Mülki Müdafiə Agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə edilib.
Razılaşma oktyabrın 10-da İsrail qoşunlarının Qəzzadan qismən çıxarılmasından sonra qüvvəyə minib.
Qeyd olunub ki, tərəflər döyüş əməliyyatlarını tamamilə dayandırmaq və girovlarla məhbusların mübadiləsi üçün təhlükəsiz şəraitin yaradılmasını təmin etməyi öhdələrinə götürüblər.