BAKI, 9 oktyabr. TELEQRAF

İsrail və HƏMAS arasında atəşkəs rejiminin dərhal qüvvəyə minməsi barədə razılaşma Bakı vaxtı ilə oktyabrın 9-da saat 13:00-da imzalanacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, razılaşmanın imzalanmasından 24 saat sonra İsrail ordusunun Qəzza zolağından mərhələli şəkildə çıxarılmasının birinci mərhələsinə başlanılacaq.