BAKI, 20 sentyabr. TELEQRAF
İstanbuldan (Türkiyə) Məkkə və Mədinəyə (Səudiyyə Ərəbistanı) sürətli və təhlükəsiz sərnişin daşımalarını təmin etmək üçün 1908-ci ildə istifadəyə verilən Hicaz dəmir yolu yenidən fəaliyyətə başlayacaq.
Teleqraf xəbər verir ki, Suriya, Türkiyə və İordaniya arasında dəmir yolu xəttinin yenidən qurulmasına dair protokol imzalanıb.
İstanbuldan başlayaraq Mədinəyə qədər uzanan, Dəməşq (Suriya) və Əmmandan (İordaniya) keçəın xətt zəvvarların ucuz və təhlükəsiz nəqliyyatını təmin etmək və beynəlxalq ticarəti inkişaf etdirmək məqsədi daşıyır.
Osmanlı İmperiyasının Sultanı II Əbdülhəmidin də vaxtilə xüsusi diqqət ayırdığı xətt 125 il əvvəlki marşrutu boyunca yenidən qurulacaq.