BAKI, 17 sentyabr. TELEQRAF
İranın cənub-qərbində yerləşən Əhvaz şəhərində yaşayış binasında qaz sızması nəticəsində partlayışı baş verib.
Teleqraf xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.
Hadisə nəticəsində 6 nəfər ölüb.
Qeyd edilir ki, partlayış dörd mənzilli binada baş verib və binanın strukturu tamamilə dağılıb.