BAKI, 16 iyul. TELEQRAF
"Suriya hakimiyyəti Es-Suveydə şəhəri ətrafından öz hərbi qüvvələrini geri çəkməlidir".
Teleqraf xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirb.
"Bu bölgədə druz icması yaşayır və İsrail onların təhlükəsizliyindən narahatdır",- o qeyd edib.
Nazir deyib ki, əgər Suriya qoşunlarını həmin ərazidən çıxarmazsa, İsrail ordusu Suriya hökumət qüvvələrinə yeni hərbi zərbələr endirəcək.
Xatırladaq ki, iyulun 15-dən İsrail Hərbi Hava Qüvvələri Suriyada hökumətə tabe olan qüvvələrin mövqelərinə raket zərbələri endirib.