BAKI, 13 iyul. TELEQRAF

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında HƏMAS və "İslami Cihad" radikal qruplaşmalarının bir neçə səhra komandirini öldürüb.

Teleqraf xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.

“Son iki həftə ərzində İsrail ordusu HƏMAS-ın hərbi qanadının və “İslami Cihad” terror təşkilatının bir neçə komandirini məhv edib. Bu bölmələr terror təşkilatlarının hərbi potensialının bərpası üzərində işləyirdilər”, - bəyanatda deyilir.

İsrail tərəfi məhv edilmiş səhra komandirlərinin silah istehsalı qərargahını və HƏMAS-ın hərbi kəşfiyyat bölməsini yenidən yaratmağa çalışdıqlarını iddia edib.