BAKI, 8 iyul. TELEQRAF
İsrail ordusunun ötən gün Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 100 nəfər fələstinli ölüb.
Teleqraf xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində İsrail Müdafiə Ordusunun regiona endirdiyi zərbələr nəticəsində Qəzza zolağının xəstəxanalarına 105 ölü və 356 yaralı daxil olub.
Həmçinin qeyd olunur ki, ötən gün ərzində Qəzza zolağında 7 nəfərdən çox fələstinli ərzaq yardımı almağa çalışarkən öldürülüb, daha 74 nəfər yaralanıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-ci il 7 oktyabr tarixində silahlı münaqişənin kəskinləşməsindən indiyədək Qəzza zolağında 57 523 insan ölüb, 136 617 nəfər yaralanıb.