BAKI, 1 iyul. TELEQRAF

"İsrail Müdafiə Qüvvələri (İSQ) İranın hərbi elitasını məhv edib".

Teleqraf xəbər verir ki, bu barədə İMQ-nin sözçüsü Aviçai Edri bildirib.

O deyib: "Biz İran hərbi komandanlığı və təhlükəsizlik qüvvələrinin elitasını məhv etmək istəyirdik və buna nail olduq".

Daha əvvəl İsrail Silahlı Qüvvələri İran Silahlı Qüvvələrinin mərkəzi qərargah rəisi “Xatəm əl-Ənbiya”nın, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əli Şadmanini sıradan çıxardığını bildirib. O, İranın ali lideri Əli Xameneinin ən yüksək rütbəli hərbi komandiri və ən yaxın silahdaşı sayılırdı.