BAKI, 8 sentyabr. TELEQRAF
“2 il öncə “Qarabağ”ın oyununa baxırdıq. Orada öz-özümə dedim ki, “Görəsən, nə vaxtsa biz də çempion olarıqmı, mən də “Qarabağ”ın oyunçuları kimi Çempionlar Liqasında oynaya bilərəmmi?” Xəyal etdiyim şey iki il sonra gerçəkləşdi. Son dəqiqələrdə vurulan qolun iyi bir az başqa olur”.
Teleqraf xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Tellur Mütəllimov Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə müsahibəsində deyib.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İsrailin “Hapoel” klubuna qarşı keçirilən oyunun 90+4-cü dəqiqəsində komandasının dördüncü qolunu vuran və görüşü əlavə vaxta apararaq “Sabah”ın əsas mərhələyə vəsiqə qazanmasına kömək edən müdafiəçi həmin qolla bağlı fikirlərini bölüşüb:
“Oyundan əvvəl ayağımda zədə vardı. Yüngül deyildi, ağır idi. Oyun günü gördüm ki, ağrı bir az çoxdur. Amma dedim ki, ən azı bu zədə ilə yarım saat, bir saat ehtiyat skamyada otura bilərəm. Çünki ehtiyat skamyada oturacağımız dəqiqləşmişdi. Məşqçi 87-ci dəqiqədə Zədnik zədələndikdən sonra mənə dedi ki, “Hazırlaş, sən çıxacaqsan”. Ayağımın ağrıdığını onlara deməmişdim. Bir az düşündüm ki, bu ayaqla necə oynayacağam. Çünki ağrı çox idi. Zədəni deməmişdim. Deyirəm, yəqin ki, buna görə məni bağışlayarlar. Düşünürdüm ki, 5 dəqiqə də olsa, oynamalıyam”.
Ətraflı video: