BAKI, 8 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.

Onun sözlərinə görə, telefon danışığı 1 saat davam edib.

Uşakov qeyd edib ki, Tramp Putinə Ukrayna münaqişəsinə son qoyulmasının Rusiya ilə ABŞ arasında münasibətlərin tam bərpasına dərhal yol açacağını deyib.

Tramp Putinlə söhbətində Ukrayna münaqişəsinin tezliklə sona çatmasının vacibliyini qeyd edib.