BAKI, 8 sentyabr. TELEQRAF
2026-cı ilin ən yaxşı qapıçısı mükafatına namizəd olan 10 futbolçunun adını açıqlanıb.
Teleqraf xəbər verir ki, namizədlər arasında Yassin Bunu (“Əl-Hilal”), Tibo Kurtua (“Real Madrid”), Joan Qarsiya (“Barselona”), Qreqor Kobel (“Borussiya Dortmund”), Emiliano Martinez (“Çelsi”), Eduar Mendi (“Əl-Əhli”), David Raya (“Arsenal”), Matvey Safonov (PSJ), Unai Simon (“Atletik”) və Vozinya (“Kolo-Kolo”) yer alıb.
Siyahıda Vozinyanın adı xüsusi diqqət çəkib. 40 yaşlı qapıçı DÇ-2026-da Kabo-Verde millisinin heyətində uğurlu çıxışı ilə yadda qalıb.
Vozinya İspaniya (0:0) və Səudiyyə Ərəbistanı (0:0) ilə oyunlarda qapısını toxunulmaz saxlayıb. Uruqvayla 2:2 hesabı ilə başa çatan görüşdə isə iki qol buraxıb.
Kabo-Verde yığmasının 1/8 finalda Argentina ilə qarşılaşmasında da Vozinya bir sıra mühüm seyvlərlə yadda qalıb. Onun çıxışı sayəsində Afrika təmsilçisi uzun müddət sensasiyaya yaxın olsa da, Argentina əlavə vaxtda 3:2 hesablı qələbə qazanaraq mərhələ adlayıb.
Qeyd edək ki, Vozinya həmin vaxt Portuqaliyanın “Şaves” klubundan ayrıldıqdan sonra azad agent idi. O, avqustun əvvəlində Çilinin “Kolo-Kolo” klubu ilə müqavilə imzalayıb.
2025-ci ilin ən yaxşı qapıçısı mükafatını isə PSJ-nin sabiq qapıçısı Canluici Donnarumma qazanıb.