BAKI, 8 sentyabr. TELEQRAF
MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclası oktyabrın 7-də Türkmənistanın Türkmənbaşı şəhərində keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Türkmənistan xarici işlər nazirinin müavini Sərdar Muxammetdurdiyev sentyabrın 7-də Türkmənbaşı şəhərindəki Avaza Milli Turizm Zonasında MDB baş katibinin müavini Denis Trefilovla görüşüb. Görüşdə tərəflər Türkmənistanın MDB ilə əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.
Görüşdən sonra Türkmənistan XİN-də oktyabrın 7-9-da Avazada keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının və Dövlət Başçıları Şurasının iclaslarına hazırlıq işlərinin əlaqələndirilməsi məqsədilə imzalanma mərasimi keçirilib.
2026-cı ildə MDB orqanlarına Türkmənistan sədrlik edəcək.