BAKI, 28 iyun. TELEQRAF

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının mərkəzində yaşayan sakinlər üçün təxliyə xəbərdarlığı edib.

Teleqraf xəbər verir ki, sakinlərə ərazidə aparılacaq əməliyyatlardan əvvəl cənuba doğru hərəkət etmələri tövsiyə olunur.

Bəyanatda deyilir ki, İsrail Müdafiə Qüvvələri "bu ərazilərdə terror qruplaşmalarının imkanlarını məhv etmək üçün intensiv atəş gücündən istifadə edəcək və raket buraxılışı üçün istifadə olunan istənilən əraziyə hücum edəcək".