BAKI, 23 iyun. TELEQRAF

İran parlamentinin milli təhlükəsizlik məsələləri üzrə komitəsi Yaxın Şərqdə gərginliyin artmasından sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan planı təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi müvafiq komitənin rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, komitə üzvləri İran hökumətini AEBA ilə əməkdaşlığı dayandırmağa məcbur edən qanun layihəsinin ümumi müddəalarını təsdiqləyiblər.