BAKI, 22 iyun. TELEQRAF

ABŞ-nin gecə saatlarında İranın nüvə obyektlərinə endirdiyi zərbələr İsrail Müdafiə Ordusuyla əvvəlcədən razılaşdırılıb.

Teleqraf xəbər verir ki, bunu İsrail Ordusunun sözçüsü briqada generalı Efi Defrin açıqlayıb.

Onun sözlərinə görə, İranla münaqişə başlayandan bəri İsrail Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir amerikalı həmkarları ilə sıx əlaqə saxlayır və son günlər bu əməkdaşlıq daha da güclənib.

“Bizim müəyyən etdiyimiz plan və hədəflər var və onlara çatmaq üçün fasiləsiz çalışırıq. Məqsədlərimiz reallaşana qədər əməliyyatlarımız davam edəcək”, - o qeyd edib.