BAKI, 22 iyun. TELEQRAF
ABŞ-nin İranda yerləşən nüvə obyektlərinə endirdiyi zərbələr İsrailin Tehran üzərinə hücumunun arxasında məhz Vaşinqtonun dayandığını təsdiqləyir.
Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
O qeyd edib ki, bu hərəkətlər regionda gərginliyi daha da artırır və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməlidir.