BAKI, 22 iyun. TELEQRAF

İranın Buşehr şəhərində burada yerləşən atom elektrik stansiyası yaxınlığında bir sıra partlayış səsləri eşidilib.

Teleqraf xəbər verir ki, bu barədə "Nour News" agentliyi məlumat yayıb.

Hazırda hadisənin təfərrüatları və partlayışların mənbəyi ilə bağlı rəsmi açıqlama verilməyib.

Atom stansiyasına hər hansı zərər dəyib-dəymədiyi barədə də informasiya yoxdur.