BAKI, 22 iyun. TELEQRAF

Qəzza zolağında həyata keçirilən xüsusi əməliyyat nəticəsində HƏMAS tərəfindən qaçırılan və öldürülən üç girovun cəsədi İsrailə qaytarılıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

"İsrail Müdafiə Ordusu və Təhlükəsizlik Xidmətinin Qəzza zolağında keçirdiyi əməliyyat zamanı HƏMAS təşkilatının saxladığı üç nəfərin cəsədləri ölkəyə geri gətirildi", – o qeyd edib.

Baş nazir əməliyyatda iştirak edən qüvvələrə təşəkkürünü bildirib və girovların ailələrinə başsağlığı verib.