BAKI, 22 iyun. TELEQRAF
Səhər İsrailə qarşı həyata keçirilən raket hücumları zamanı ilk dəfə olaraq yerli istehsal olan “Kheibar Shekan” tipli orta mənzilli ballistik raketdən istifadə olunub.
Teleqraf xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Məlumatına görə, bu raket növü yüksək dəqiqlik və dağıdıcı gücə malikdir və hücumda əsas hədəflərin vurulmasında istifadə edilib.