BAKI, 22 iyun. TELEQRAF
Səudiyyə Ərəbistanı ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi hava zərbələrindən sonra bölgədə yaranan vəziyyəti dərin narahatlıqla izlədiyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında məlumat verilib.
“Səudiyyə Ərəbistanı qardaş İranda baş verən hadisələrin gedişatını böyük narahatlıqla izləyir. ABŞ tərəfindən İranın nüvə obyektlərinə edilən hücumlar regionda gərginliyi daha da artırır”, – bəyanatda deyilir.
Rəsmi Riyad gərginliyin dərinləşməməsi üçün bütün tərəfləri təmkin nümayiş etdirməyə və eskalasiyanın qarşısını almağa çağırıb.