BAKI, 22 iyun. TELEQRAF

Sabah Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurasının İran ətrafındakı vəziyyətlə bağlı təcili iclası keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi deyib.

Qrossi qeyd edib ki, son hadisələr vəziyyəti ciddi dəyərləndirməyi və agentliyin üzv ölkələrinin bir araya gələrək məsələnin mümkün nəticələrini müzakirə etməsini zəruri edir.