BAKI, 22 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası İran tərəfindən gözlənilən cavab zərbəsinə qarşı hazırlıqlarını artırıb.
Teleqraf xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
Rəsmilərə görə, cavab zərbələrinin xarici və ya daxili obyektləri hədəfə alacağı bəlli deyil.
Bildirilir ki, növbəti 48 saat ərzində vəziyyət xüsusilə gərgin və narahatlıq doğurur.