BAKI, 22 iyun. TELEQRAF
ABŞ-nin hava zərbələri fonunda İranın nüvə obyektlərində radiasiya səviyyəsində artım müşahidə olunmayıb.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) məlumat yayıb.
Qurumdan bildirilib ki, aparılan ilkin müşahidələr nəticəsində İran ərazisindəki nüvə obyektlərinin ətrafında radiasiya fonunda heç bir dəyişiklik qeydə alınmayıb.
Eyni zamanda İranın Nüvə Təhlükəsizliyi Mərkəzi də açıqlama verərək qeyd edib ki, ABŞ-nin hücumuna məruz qalan nüvə obyektlərindən radioaktiv material sızması baş verməyib.
Vurğulanır ki, bu obyektlərdə əvvəlcədən təhlükəsizlik tədbirləri görülmüşdü və vəziyyət nəzarət altındadır.