BAKI, 20 iyun. TELEQRAF

İsrail İrana qarşı uzunmüddətli hərbi kampaniyaya hazırlaşır.

Teleqraf xəbər verir ki, bunu İsrailin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir deyib.

“The Financial Times” nəşrinin yazdığına görə, E.Zamir xəbərdarlıq edib: raket infrastrukturuna uğurlu zərbələr endirilməsinə və hərbi rəhbərliyin aradan qaldırılmasına baxmayaraq, qarşıda İrana qarşı uzun və çətin əməliyyat var.

Kampaniya hələ bitməyib, bizi çətin günlər gözləyir”, - deyə o bildirib.

E.Zamir deyib ki, İran proksi qruplar və raketlər şəbəkəsi vasitəsilə İsraili “atəş halqası” ilə mühasirəyə alıb və nüvə proqramını davam etdirir. O vurğulayıb: "Biz mövcud təhlükəni aradan qaldırmaq üçün qabaqlayıcı hərəkət etməliyik".