BAKI, 18 iyun. TELEQRAF
“Çəkindirmə gücümüzü o səviyyəyə qaldıracağıq ki, bizə hücum etmək bir yana, heç kim bunu ağlına belə gətirməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyə sıradan bir ölkə deyil, heç kim bizi, səbrimizi sınamağa cürət etməsin. Heç kimin torpağında gözümüz yoxdur. Bizim regionumuzda sülh, əmin-amanlıq və sabitlikdən başqa heç bir ambisiyamız və istəyimiz yoxdur. Yaxın Şərqdə əməkdaşlıq, sabitlik və təhlükəsizlik istəyirik. Biz öz vətəndaşlarımız üçün necə istəyiriksə, bölgədəki hər kəs üçün də eyni şeyi istəyirik”, - dövlət başçısı bildirib.