BAKI, 18 iyun. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələri səhər saatlarında İrandan atılan PUA-ları ölkə sərhədlərinə çatmamış məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

“Hərbi Hava Qüvvələri bu səhər İrandan atılan 7 pilotsuz təyyarəni zərərsizləşdirib. Bunlar İsrail ərazisinə keçməmiş məhv edilib”, - məlumatda deyilir.