BAKI, 17 iyun. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında Təbriz şəhərinə hücum zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket bazasını məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
***
10:22
İsrail Hərbi Hava Qüvvələrinin hücumlarından sonra Təbriz şəhərində yeni partlayışlar baş verib.
Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
***
09:32
İsrail Hərbi Hava Qüvvələri Təbriz şəhərinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Məlumatda deyilir ki, zərbələrdən sonra şəhərdə iki güclü partlayış səsi eşidilib.
Hava hücumu zamanı hərbi hədəflərin vurulduğu bildirilir.