BAKI, 14 iyun. TELEQRAF
İsrailin hava hücumları İranın rəsmi siyasi dairələrində etirazlara səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” İran rəsmilərinə istinadla məlumat yayıb.
“Bizim hava hücumundan müdafiəmiz haradadır? İsrail necə gəlib istədiyinə hücum edə, liderlərimizi məhv edə bilər? Niyə biz buna mane ola bilmirik?”, - İran rəsmisi ABŞ nəşrinə deyib.
İran rəsmiləri ölkənin hücumları qabaqcadan görə bilməyən kəşfiyyat və təhlükəsizlik qurumlarını tənqid ediblər.