BAKI, 22 iyun. TELEQRAF

Türkmənistan və Azərbaycan arasında əməkdaşlıq bütün əsas sahələr üzrə inkişaf edəcək.

Teleqraf xəbər verir ki, bu sözləri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.

O qeyd edib ki, bu, ölkələrimizin və xalqlarımızın uzunmüddətli maraqlarına cavab verir.