BAKI, 22 iyun. TELEQRAF
Sabah Qazax Gədəbəy, Şəmkir və Tovuz rayonlarının bir hissəsində qaz təchizatı dayandırılacaq.
Bu barədə Teleqraf-a Şəmkir Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, Aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər yekunlaşanadək Qazax rayonunun Daş Salahlı və Aşağı Salahlı kəndlərinin, Gədəbəy rayonunun, Şəmkir və Tovuz rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.