BAKI, 22 iyun. TELEQRAF

Biləsuvar rayonunun Xırmandalı kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.