BAKI, 22 iyun. TELEQRAF
Zəngin təbii resurslara malik olan Azərbaycan və Türkmənistan enerji və faydalı qazıntıların çıxarılması, eləcə də idarə olunması istiqamətində birgə addımlar atmaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatla çıxış edərkən deyib.
Prezident vurğulayıb ki, karbohidrogen resursları sahəsində mövcud potensial qarşılıqlı tərəfdaşlığı yeni mərhələyə daşıyır:
"Əlbəttə, Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik".