BAKI, 22 iyun. TELEQRAF

Türkmənistanın Ümummilli Lideri Arkadağ Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Qarabağın bərpası çərçivəsində Füzuli şəhərində məscidin inşasına başlanılıb.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatla çıxış edərkən deyib.

Prezident vurğulayıb ki, Qarabağın bərpasında göstərilən bu köməyə görə Türkmənistan rəhbərliyinə dərin təşəkkürünü bildirir:

"Ötən ilin iyulunda ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsü irəli sürüldü və artıq tikintiyə başlanılıb. Bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi".