BAKI, 22 iyun. TELEQRAF

İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü və Qurban bayramı münasibətilə İraq Kürdüstan Regionunun hökuməti adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Bu bayramlar münasibətilə ölkənizə və xalqınıza davamlı tərəqqi, sülh, əmin-amanlıq, xoşbəxtlik və firavanlıq arzulayıram.

İraq Kürdüstan Regionu hökumətinin Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın mənafeyi naminə daha da möhkəmləndərilməsinə sadiqliyini bir daha təsdiqləyirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".