BAKI, 22 iyun. TELEQRAF
Su anbarlarında qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məqsədilə texniki işlər davam etdirilir.
Bu barədə Teleqraf-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb:
"Nəticədə müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Hazırda tənzimləmə işləri yekunlaşmaq üzrədir. Mütəxəssislərin iştirakı ilə bir neçə gün ərzində su tədarükünü stabilləşdirmək, normal rejim təminatını bərpa etmək mümkün olacaq".
Məlumata görə, hazırkı vəziyyətdə tətbiq olunan müvəqqəti qrafik rejim belədir:
Xətai rayonunun bəzi ərazilərində: 06:00-10:00, 18:00-22:00
Nizami rayonunun bəzi ərazilərində: 06:00-10:00, 18:00-22:00
Suraxanı rayonunun bəzi ərazilərində: 06:00-17:00, 06:00-19:00, 22:00-01:00
Binəqədi rayonunun bəzi ərazilərində: 06:00-20:00
Nərimanov rayonunun bəzi ərazilərində: 06:00-20:00
Yasamal rayonunun bəzi ərazilərində: 06:00-10:00, 06:00-22:00, 18:00-22:00
Sabunçu rayonunun bəzi ərazilərində: 08:00-12:00, 22:00-02:00
Xəzər rayonunun bəzi ərazilərində: 00:00-12:00
Pirallahı rayonunun bəzi ərazilərində: 08:00-17:00
Nəsimi rayonunun bəzi ərazilərində: 06:00-10:00, 18:00-21:00
Xidmətin məlumatına görə, bəzi ünvanlarda yuxarı mərtəbələrə suyun çatdırılmasında çətinlik daha çoxdur:
"Bu kimi ərazilərdə sukanal idarələri tərəfindən su maşınları ilə xidmət göstərilir. Tənzimləmə işləri sürətlə və fasiləsiz şəkildə aparılır".