BAKI, 14 iyun. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələrinin İranın Natanz nüvə obyektinə hücumlarına və zərbələrinə baxmayaraq, Tehranın nüvə layihəsinə ciddi ziyan dəyməyib.
Teleqraf xəbər verir ki, bu barədə “Nyu-York Tayms” məlumat yayıb.
“Təsiredici başlanğıc zərbələrinə və Natanzdakı yerüstü nüvə obyekti və yüksək səviyyəli nüvə alimlərinin itirilməsinə baxmayaraq, İranın nüvə layihəsi indiyə qədər toxunulmaz qalıb və zərər görməyib. İndiyədək İsrail İranın İsfahan yaxınlığında zənginləşdirilmiş uranın böyük ehtiyatına ziyan vura bilməyib”, - ABŞ nəşri bildirib.