BAKI, 14 iyun. TELEQRAF
İranın hava hücumundan müdafiə qüvvələri ölkənin qərbində Kirmanşah əyalətinin Dinəvər şəhəri yaxınlığında İsrailə məxsus bir neçə pilotsuz uçuş aparatını (PUA) vurub.
Teleqraf xəbər verir ki, bu barədə “NourNews” agentliyi məlumat yayıb.
Məlumata görə, PUA-lar İran hava məkanını pozduqdan sonra məhv edilib.
Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.