BAKI, 14 iyun. TELEQRAF
İranda İsrail istehsalı olan pilotsuz uçuş aparatlarını (PUA) daşıyan bir neçə avtomobil saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə “Nour News” agentliyi məlumat yayıb.
Məlumatına görə, İsrailin kəşfiyyat xidməti MOSSAD bu tip dronlardan İranın daxilindəki hərbi obyektlərə zərbələr endirmək üçün istifadə edib.