BAKI, 14 iyun. TELEQRAF

“Müharibə başlayandan bəri ilk dəfə olaraq, Hərbi Hava Qüvvələrinə məxsus onlarla döyüş təyyarəsi Tehran səmasında uçuşlar həyata keçirib”.

Teleqraf xəbər verir ki, bunu İsrail Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Tomer Bar deyib.

General hədəflərin uğurla vurulduğunu bildirib:

“Tehran səmasında operativ və əhəmiyyətli dəqiq zərbələr dalğası həyata keçirdik, bu da İranda hava üstünlüyü və hərəkət sərbəstliyimizi artırır. Müharibə başlayandan bəri ilk dəfə olaraq Hərbi Hava Qüvvələrinə məxsus onlarla döyüş təyyarəsi Tehran səmasında, İsrail Dövlətinin ərazisindən 1500 kilometrdən çox məsafədə uçaraq Tehran ərazisində müdafiə sistemlərinə hücum edib”.