BAKI, 13 iyun. TELEQRAF

“İsrailin İrana son hava zərbələri hələ başlanğıcdır”.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə İsrail Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Effi Defrin deyib.

“Bu əməliyyat hələ başlanğıcdır, İranın da (hücumlara cavab vermək üçün) imkanları və niyyətləri var. İsrail ordusu İranda çaşqınlıq yaratdı. Amma biz onlardan cavab almağa hazırlaşırıq və cavab verməyə hazırlaşdıqlarını bilirik”, - general bildirib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, ali dini rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.

İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.