BAKI, 22 may. TELEQRAF

“İranın nüvə obyektlərinə hücum ediləcəyi təqdirdə İsrail sərt cavabla üzləşəcək”.

Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü general-mayor Əli Məhəmməd Naeini deyib.

“Əgər sionist rejim (İsraili nəzərdə tutur – red.) avantüraya getsə və təcavüz etmək qərarına gəlsə, şübhəsiz ki, öz zəif və kiçik ərazilərində sarsıdıcı və qətiyyətli cavab alacaq”, – Naeini bildirib.

Xatırladaq ki, CNN telekanalı mayın 21-də ABŞ-nin rəsmi mənbələrinə istinadla İsrailin İranın nüvə infrastrukturuna zərbələr endirməyə hazırlaşdığı barədə məlumat yayıb. Telekanalın mənbəsinin sözlərinə görə, son aylarda belə kampaniya ehtimalı xeyli artıb.

“Ola bilsin, İsrail Tehranı Vaşinqtonla danışıqlarda güzəştə getməyə məcbur etmək və ya nizamlanma prosesini pozmaq üçün güc nümayiş etdirməyə çalışacaq”, - CNN-ə danışan ABŞ rəsmisi söyləyib.