BAKI, 19 may. TELEQRAF

Suriyanın Deyr əz-Zor əyalətinin Əl-Mayadin şəhərində polis məntəqəsinin ərazisində partlayış törədilib.

Teleqraf xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı ölüb.

Suriyanın “Al Ikhbariya” televiziya kanalının məlumatına görə, hadisə minalanmış avtomobilin partlaması nəticəsində baş verib.