BAKI, 17 may. TELEQRAF
ABŞ Suriyadakı hərbi kontingentini azaltmağa hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
ABŞ rəsmilərindən biri bildirib ki, ölkə yaxın aylarda Suriyadakı əsgərlərinin sayını 900-ə endirmək niyyətindədir.
Hələlik ABŞ Prezidenti Donald Tramp bu məsələ ilə bağlı yekun qərar verməyib. Onun Suriyadakı qoşunların gələcək taleyi ilə bağlı müzakirələr apardığı bildirilir. Yaxın 2 ay ərzində qoşunların tam çıxarılıb-çıxarılmayacağı barədə qərar veriləcək. Əgər bu plan təsdiqlənsə, ABŞ-nin Suriyadakı hərbi kontingenti 900 nəfərə qədər azaldıla bilər.