BAKI, 17 may. TELEQRAF
Ötən gün ərzində İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 115 fələstinli öldürülüb.
Teleqraf “Əl Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri ötən gün Qəzzada 150 hədəfə zərbələr endirdiyini açıqlayıb.