BAKI, 16 may. TELEQRAF
Vaşinqton İranın nüvə proqramı ətrafındakı ziddiyyətləri və Tehranla digər mübahisəli məsələləri mütləq həll edə biləcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə deyib.
“İranla bağlı məsələlər var, bunlarla məşğul olacağıq. Bu və ya digər şəkildə bunları 100 faiz həll edəcəyik, hər şey yaxşı və ya xoşagəlməz olacaq. Amma xoşagəlməzlik onlar üçün çox yaxşı seçim deyil. Onlarla danışırıq, uzun bir yol olacaq”, - Tramp bildirib.